Tovuzda dəhşətli hadisə: oğul anasını benzin tökərək yandırıb

Tovuzda dəhşətli hadisə: oğul anasını benzin tökərək yandırıb

Tovuzda 45 yaşlı qadın aldığı ağır yanıq xəsarətlərindən ölüb, onun 22 yaşlı oğlu saxlanılıb.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində baş verib.

İlkin məlumata görə, 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək onu yandırıb.

Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisədən sonra polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir