Bakıda tikilməkdə olan ev uçdu: 1 nəfər öldü, 1 nəfər yaralandı

Bakıda tikilməkdə olan ev uçdu: 1 nəfər öldü, 1 nəfər yaralandı

“Xəbər Yerində” xəbər verir ki, Bakının Suraxanı rayonu, Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə tikilməkdə olan fərdi yaşayış evində uçqun olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, beton plitələrin uçması nəticəsində iki nəfərin dağıntılar altında qaldığı müəyyən edilib.

Bir nəfər sağ çıxarıldı, digərinin meyiti tapıldı

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntılar altında qalan 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi müxtəlif dərəcəli bədən xəsarətləri ilə sağ çıxarıblar.

1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir