“Xəbər Yerində” xəbər verir ki, sentyabrın 24-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü Fərhad Məsim oğlu İsgəndərovun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində şəxsin meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

