Masazırda “Mercedes Vito” yanıb

Masazırda “Mercedes Vito” yanıb

Xəbər Yerində xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş verən yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir