Abşeron rayonunun Masazır qəsəbəsində avtomobillər yanıb.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Yanğın zamanı “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, “Renault” markalı avtomobil isə qismən yanıb.
Bundan başqa, yüksək temperaturun təsirindən “Baic” markalı avtomobilin arxa işığı qismən əriyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

