Masazırda ölən motosikletçilərin təhlükəli görüntüləri yayıldı

Masazırda ölən motosikletçilərin təhlükəli görüntüləri yayıldı

Masazırda motosikletlə avtomobilin toqquşması nəticəsində həlak olan iki gəncin əvvəl çəkdikləri videolar yayılıb. Görüntülərdə onların motosikleti yüksək sürətlə və təhlükəli şəkildə idarə etdikləri görünür.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, gənclər əsasən Bakı-Sumqayıt yolunda çəkdikləri videoları sosial şəbəkələrdə paylaşıblar. Onların faciəvi qəzanın baş verdiyi ərazidən də daha əvvəl görüntülər paylaşdıqları bildirilir.

Qəza iki gəncin həyatına son qoydu

Hadisə oktyabrın 11-də saat 20:40 radələrində Abşeron rayonunda, Duz gölünün yaxınlığında, Masazırdan Novxanı istiqamətində gedən yolda baş verib.

“Kia Rio” markalı avtomobillə motosikletin toqquşması nəticəsində iki gənc hadisə yerində həyatını itirib.

Həlak olanların 2005-ci il təvəllüdlü Allahverən Rasim oğlu Məlikov və 2007-ci il təvəllüdlü Fərid Zamin oğlu Yusifzadə olduğu müəyyənləşib.

Məlumata görə, motosikleti idarə edən Allahverən Məlikovun sürücülük hüququ olmayıb.

Faktla bağlı cinayət işi açılıb

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir