BMW aşdı, iki gənc həyatını itirdi – VİDEO

BMW aşdı, iki gənc həyatını itirdi – VİDEO

Yevlax rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin ilkin səbəbləri açıqlanıb.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 14:00 radələrində Bakı–Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 24 yaşlı Yevlax sakini Oruc Məmmədov “BMW” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə, yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı ağır xəsarətlər alan sürücü Oruc Məmmədov və onun 30 yaşlı həmyerlisi Emil Paşayev xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hər iki şəxs kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları ilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Məlumata əsasən, qəzada həyatını itirənlər 1996-cı il təvəllüdlü Emil Qurban oğlu Paşayev və 2002-ci il təvəllüdlü Oruc Aydın oğlu Məmmədovdur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə avtomobillərin texniki sazlığına mütəmadi nəzarət etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı və sürət həddinə ciddi əməl etməyi tövsiyə edib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir