Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə şəhərin Fətəli xan Xoyski və Rüzügar Qasımov küçələrinin kəsişməsində baş verib.
Məlumata görə, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən avtobus daha sonra ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.

