Salyanda dəhşətli qəza: İki nəfər həyatını itirdi – VİDEO

Salyanda dəhşətli qəza: İki nəfər həyatını itirdi – VİDEO

Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza bu səhər Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Nəticədə iki nəfər hadisə yerində həyatını itirib.

Qəzada ölənlərin kimliyi də məlum olub. Onlar Sabirabad rayonunun Muğan Gəncəli kənd sakinləri – 1970-ci il təvəllüdlü Ələkbər Həsənov və 1973-cü il təvəllüdlü Fariz Qarayevdir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir