Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxt sakini Ədalət Bədəlov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə velosipedçi Ülfət Hüseynovu vurub.
Zərbənin təsirindən velosipedçi aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

