Kəlbəcərdə çaya düşən 10 yaşlı uşağın axtarışları aparılır

Kəlbəcərdə çaya düşən 10 yaşlı uşağın axtarışları aparılır

Hadisə Kəlbəcər rayonunun Çəpli kəndi ərazisində baş verib.

Əldə edilən məlumata görə, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən müvazinətini itirərək suya düşüb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Xeberyerinde Apaya istinadən xəbər verir ki, hazırda uşağın tapılması istiqamətində axtarışlar davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir