Azərbaycanlı şagird Dünya Fizika Olimpiadasında tarixi uğura imza atıb

Azərbaycanlı şagird Dünya Fizika Olimpiadasında tarixi uğura imza atıb

Azərbaycan məktəblisi Beynəlxalq Fizika Olimpiadasında ölkə adına tarixi nəticə əldə edib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin yaydığı məlumata görə, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) gümüş medala layiq görülüb.

Bu nəticə ilə Zeynəb Məhəmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanan ilk azərbaycanlı qız şagird kimi tarixə düşüb.

Bildirilib ki, Azərbaycan yığması əldə olunan nəticə ilə son 20 ildə Beynəlxalq Fizika Olimpiadasında ən yüksək göstəricisini nümayiş etdirib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir