Peter Pelleqrini İlham Əliyevlə avtomobildə selfi paylaşdı
Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevlə avtomobildə çəkdirdiyi selfini sosial şəbəkə hesabında paylaşıb.
Slovakiya lideri paylaşımında növbəti tədbirin keçiriləcəyi məkana Prezident İlham Əliyevlə birlikdə yollandığını bildirib.
Peter Pelleqrini qeyd edib ki, rəsmi səfərlər zamanı ev sahibi olan dövlət başçısının avtomobili şəxsən idarə etməsi nadir rast gəlinən haldır.
“Prezident Əliyevlə növbəti proqramın keçiriləcəyi yerə bir qədər qeyri-adi şəkildə gedirik. Rəsmi səfər zamanı ev sahibi olan prezidentin avtomobili özü idarə etməsi adi hal deyil. Buna görə də bu dostyana jesti xüsusilə yüksək qiymətləndirirəm”, – deyə Slovakiya Prezidenti paylaşımında vurğulayıb.
Mənbə: Qafqazinfo

