Tovuzda dərmandan zəhərlənən yeniyetmə vəfat edib

Tovuzda dərmandan zəhərlənən yeniyetmə vəfat edib

Tovuz rayonunda zəhərlənmə faktı ölümlə nəticələnib.

Belə ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. 2009-cu il təvəllüdlü Z.M. qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

Vəziyyəti ağır olan yeniyetmə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir