Ucarda yaşayış evi yanıb-FOTO

Ucarda yaşayış evi yanıb-FOTO

Ucar rayonunda gecə saatlarında fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini Namiq Süleymanova məxsus, ümumi sahəsi 160 kvadratmetr olan dördotaqlı evdə naməlum səbəbdən alov başlayıb.

Əraziyə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın nəzarətə götürülərək söndürülüb. Həmçinin alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Baş verən hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Yanğının yaranma səbəbi araşdırılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir