İlham Əliyev Donald Trampa təşəkkür etdi: “Siz həqiqətən sülh adamısınız”
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür ünvanlayıb.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesablarında paylaşım edib.
İlham Əliyev paylaşımında Trampın Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri, o cümlədən onu “Sülh adamı” adlandırdığı çıxışı “Breitbart”a istinadən paylaşdığına görə təşəkkürünü ifadə edib.
Prezident bildirib ki, Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qalarkən, Azərbaycan və Ermənistan arasında davamlı sülhün irəliləməsinə verdiyi mühüm töhfəyə görə Donald Trampa minnətdarlığını bir daha çatdırmaq istəyir.
Paylaşımda vurğulanıb ki, ABŞ Prezidentinin liderliyi regionun sülhə, sabitliyə və rifaha daha da yaxınlaşmasına tarixi töhfə verib.
“Siz həqiqətən sülh adamısınız”, – deyə Prezident İlham Əliyev paylaşımını yekunlaşdırıb.
Həmin paylaşımı təqdim edirik:


