Zelenski müdafiə nazirini vəzifədən uzaqlaşdırdı
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixaylo Fedorovu vəzifəsindən azad edib. O, qərarını nazirliklə Silahlı Qüvvələrin rəhbərliyi arasında yaranmış fikir ayrılığı ilə izah edib.
Zelenski bildirib ki, tərəflər arasında münasibətlərin normallaşdırılması mümkün olmayıb və bu səbəbdən seçim etmək məcburiyyətində qalıb. O, müdafiə naziri vəzifəsinin icrasını müvəqqəti olaraq Təhlükəsizlik Xidmətinin rəhbəri Yevgeni Xmara həvalə edib.
Nazirin istefası Kiyevdə etirazlara səbəb olub. Prezident Administrasiyasının qarşısına toplaşan yüzlərlə etirazçı Fedorova dəstək nümayiş etdirərək qərarın ləğvini tələb edib.

Fedorov isə istefadan sonra keçirdiyi mətbuat konfransında hərbi rəhbərliyi islahatlara mane olmaqda və köhnə idarəetmə üsullarını qorumaqda ittiham edib.

