“Azərsilah” poliqonunda yanğın baş verib
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində sınaqlar zamanı yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri və digər təfərrüatlar araşdırılır.

