Quba rayonunda bədbəxt hadisə baş verib.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Talabqışlaq kəndində qeydə alınıb.
Məlumata görə, 1982-ci il təvəllüdlü kənd sakini Mustafa Kamal oğlu Surxayev qıcolma keçirərək su kanalına düşüb. Nəticədə o, suda boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

