Macarıstanın Seqed şəhərində keçiriləcək kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycanı dörd idmançı təmsil edəcək.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarış iyulun 23-26-da baş tutacaq.
Azərbaycan Su İdman Növləri Federasiyasının məlumatına görə, qitə birinciliyində kayak növü üzrə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe üzrə isə Hüseyn Səmədli və Tatyana Smilovenko çıxış edəcək.
Avropanın perspektivli avarçəkənlərinin qatılacağı çempionat gənc idmançılar üçün beynəlxalq təcrübə qazanmaq və öz güclərini sınamaq baxımından əhəmiyyətli yarışlardan biri hesab olunur.





