Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib

Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib

İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə 23 İyul – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı təbrikində Prezident Əbdülfəttah əs-Sisini və onun simasında bütün Misir xalqını bayram münasibətilə ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev vurğulayıb ki, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Dövlət başçısı, həmçinin xalqların iradəsinə uyğun olaraq iki ölkə arasında dostluq əlaqələrinin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəkdə də birgə səylərlə inkişaf edəcəyinə və daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev məktubunun sonunda Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Misir xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir