Salyanda heyvanlarla birlikdə yoxa çıxan gənclə bağlı yeni detallar məlum olub.
Salyan rayonunda 26 yaşlı R.Rüstəmovun xırdabuynuzlu heyvanlarla birlikdə itkin düşməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Məlumata görə, gənc heyvanları özü aparıb. Bildirilir ki, itkin düşdüyü iddia edilən sürüdə ümumilikdə 54 baş qoyun və 30 baş keçi olub.
Aparılan axtarışlar nəticəsində 71 baş heyvan tapılıb. Müəyyən edilib ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Bildirilib ki, bu, onun ilk belə hadisəsi deyil. İddialara görə, o, əvvəllər də oxşar şəkildə evdən ayrılıb, lakin bir müddət sonra geri qayıdıb.
Mənbə: Oxu.az

