Ukrayna ordusu gecə saatlarında pilotsuz uçuş aparatları ilə Rusiyanın bir sıra bölgələrini hədəfə alıb.
Məlumata görə, Sankt-Peterburq, Leninqrad və Tver vilayətlərində, həmçinin Kirov şəhərində partlayışlar baş verib. Hücum nəticəsində “Wildberries” şirkətinə məxsus anbarlarda güclü yanğın başlayıb. İlkin məlumata əsasən, hadisə zamanı 3 nəfər xəsarət alıb.
Eyni vaxtda Rusiya Silahlı Qüvvələri də Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Şəhərdə ardıcıl partlayış səslərinin eşidildiyi bildirilir.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirmək üçün fəaliyyət göstərdiyini açıqlayıb. O, həmçinin paytaxt sakinlərini təhlükə tam aradan qalxana qədər sığınacaqları tərk etməməyə çağırıb.
Mənbə: Qafqazinfo

