İspaniyalı futbolçu Mark Kukurelya uzun illərdir onun simvoluna çevrilən buruq saçlarını niyə uzatdığını açıqlayıb.
Futbolçu bildirib ki, saçlarını dəb və ya imic naminə saxlamır. O, bunu autizmli oğlu Mateo üçün etdiyini deyib. Kukurelyanın sözlərinə görə, Mateo onun saçlarını çox sevir və bəzən atasını məhz bu xüsusiyyəti sayəsində tanıyır.
Səmimi etirafı ilə diqqət çəkən futbolçu bildirib:
“Kaş heç pulum olmayaydı, amma oğlum sağlam olaydı. Saçlarımı ona görə uzadıram ki, o onları çox sevir. Həm də bir anlıq məni unutsa, saçlarıma baxıb məni tanıya bilsin.”
Mark Kukurelyanın bu sözləri qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub və minlərlə istifadəçi tərəfindən dəstək mesajları ilə qarşılanıb. Azarkeşlər futbolçunun ailəsinə bağlılığını və övladına göstərdiyi qayğını yüksək qiymətləndiriblər.

