Abşeron rayonunun Hökməli qəsəbəsində avtoyuma məntəqəsində dayanmış BMW markalı minik avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun avtomobildən avtoyuma məntəqəsinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin yanar hissələri yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
FHN bildirib ki, görülən tədbirlər sayəsində avtoyuma məntəqəsi yanğından mühafizə edilib.

