Şəmkirdə 12 yaşlı qızın ölümü ilə bağlı aparılan araşdırmalar nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun 16 yaşlı bacısı S. Rəhimova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, hadisə iyulun 24-də baş verib. Həmin gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü qız Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə çatdırılıb.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Mənbə: APA

