Bakıda havada tozun miqdarı normanı aşıb

Bakıda havada tozun miqdarı normanı aşıb

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata görə, avtomatik müşahidə stansiyalarının göstəricilərinə əsasən, hazırda havada tozun miqdarı normadan 1,4–1,7 dəfə çoxdur.

Qurumun rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan tozlu hava meteoroloji şəraitlə bağlı lokal xarakter daşıyır. Onun sözlərinə görə, bu vəziyyətə səhər saatlarından etibarən əsən güclü şimal-qərb küləyi səbəb olub. Külək yer səthində yaranmış toz kütlələrini ətraf ərazilərə yayaraq havada tozun konsentrasiyasını artırıb.

Sinoptiklərin proqnozuna əsasən, tozlu hava şəraitinin sabah günorta saatlarınadək davam edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir