Vilayət Eyvazov polis olmaq istəyən gənclərlə görüşdü-VİDEO

Vilayət Eyvazov polis olmaq istəyən gənclərlə görüşdü-VİDEO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakıda təşkil olunan seçim mərhələsində DİN-ə onlayn müraciət edən namizədlər arasından fiziki və hazırlıq göstəriciləri yüksək qiymətləndirilən 167 nəfər növbəti mərhələyə buraxılıb.

Nazir Vilayət Eyvazov çıxışı zamanı seçim prosesinin növbəti mərhələlərini də uğurla başa vuracaq gənclərə gələcək xidmətlərində uğurlar arzulayıb. O, namizədlərə daxili işlər orqanlarında xidmətin məsuliyyəti ilə bağlı tövsiyələrini və tapşırıqlarını da çatdırıb.

Mənbə: Nuhcixan.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir