Ağcabədi rayonunda baş verən bədbəxt hadisə ölümlə nəticələnib.
Hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.
Qəza zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altına düşüb. Ağır xəsarət alan şəxs təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA

