Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt–Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Məhər Kərimov, eləcə də Binəqədi rayon sakinləri – 1999-cu il təvəllüdlü Balaş Mustafayev və Elşən Mustafalı yaralanıblar.
Zərərçəkənlər təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa

