Zelenski ABŞ-a getdi: Trampla görüşəcək

Zelenski ABŞ-a getdi: Trampla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib. Səfər çərçivəsində onun ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Zelenskinin sözlərinə görə, danışıqlarda əsas diqqət Ukraynanın raketdən müdafiə imkanlarının gücləndirilməsi və Kiyevlə Vaşinqton arasında strateji əməkdaşlığın inkişafına yönələcək.

“Artıq ABŞ-dayam. Proqramımda Prezident Tramp, onun komandası və müdafiəmizi dəstəkləyə biləcək şəxslərlə görüşlər var. Birinci prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır”, – deyə Zelenski bildirib.

Səfər çərçivəsində Ukrayna lideri, həmçinin Avro-Atlantik təhlükəsizliyin gücləndirilməsinə töhfələri ilə tanınan mərhum senator Lindsi Qrehemin xatirəsinə həsr olunmuş anım mərasimində də iştirak edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir