Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 24-26°, gündüz isə 29-33° isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, qısamüddətli intensiv leysan, şimşək və dolu ehtimalı var. Bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq, şərq küləyi isə bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda temperatur gecə 21-26°, gündüz 35-39°, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 23-28° isti təşkil edəcək.

