Ağcabədidə kanala düşən şəxs xilas edilib-VİDEO

Ağcabədidə kanala düşən şəxs xilas edilib-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xeberyerinde xəbər verir ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir