Avqustun 1-də saat 19:24-də Lerik rayonunda zəlzələ qeydə alınıb.
Xeberyerinde xəbər verir ki, bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələnin episentri Lerik stansiyasından 22 kilometr şərqdə yerləşib. Yeraltı təkanların maqnitudası 3,6, ocağının dərinliyi isə 24 kilometr olub.
Məlumata görə, zəlzələ ətraf ərazilərdə hiss olunub.

