“Kadın”ın ulduzları arasında qalmaqal: Kübradan Özgeyə ağır ittihamlar

“Kadın”ın ulduzları arasında qalmaqal: Kübradan Özgeyə ağır ittihamlar

Uşaq yaşlarından canlandırdığı rollarla tanınan aktrisa Kübra Süzgün həmkarı Özge Özpirinçci barədə ciddi iddialar səsləndirib.

Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında paylaşım edərək, 7 il əvvəl Özpirinçci tərəfindən özü və ailəsinin təhlükə ilə üz-üzə qoyulduğunu iddia edib.

Süzgün paylaşımında bunları yazıb:

“Özge Özpirinçci, məni tanıdın? Mən 7 il əvvəl sənin tanıdığın, məni və ailəmi dəstələrin qarşısına yem kimi ataraq tərk etdiyin Kübrayam. Səninlə tanış olduğum gündən nə uşaqlığımı, nə də gəncliyimi yaşaya bildim. Ailəlikcə hər gün bizi nə vaxt öldürəcəklərini gözlədik. Atam o dəstələrlə mübarizə aparmaq üçün əlində olan hər şeyi satdı və ölümünə vuruşdu, hələ də mübarizə aparır. Sən isə ümid edirəm ki, Bodrumda çox yaxşı dincələ bilirsən. Allahdan tək bir arzum var: Sənin mənə və ailəmə yaşatdıqlarının 100 qatını bu dünyada sənə də yaşatdığını mənə göstərsin.”

Qeyd edək ki, Kübra Süzgün və Özge Özpirinçci Türkiyənin məşhur “Kadın” serialında ana-qız – Bahar və Nisan obrazlarını canlandırıblar.

Hazırda bu iddialarla bağlı Özge Özpirinçcinin hər hansı açıqlaması yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir