Bakının Nəsimi rayonunda yük avtomobilində yanğın baş verib.
Xeberyerinde xəbər verir ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi araşdırılır.

