Keçmiş ərinə görə 3 yaşlı uşağına işğəncə edən qadın analıqdan məhrum edildi

Keçmiş ərinə görə 3 yaşlı uşağına işğəncə edən qadın analıqdan məhrum edildi

Bakıda dəhşətli ailə faciəsinin üstü açılıb.

Azyaşlı övladına işgəncə verməkdə təqsirləndirilən anaya hökm oxunub.

Xeberyerinde Criminal.az-a istinadən xəbər verir ki, Nizami rayon Məhkəmısinin hökmü ilə Leyla Kərimova 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, işgəncə, böhtan və təhqir maddələri ilə ittiham olunub.

Belə ki, Tiktok platformasında Shafaq adı ilə tanınan L. Kərimova boşandığı əri Ayxan Məlikovdan qisas almaq niyyəti ilə 3 yaşlı uşağını hovuza ataraq öldürməyə cəhd edib. Təqsirləndirilən şəxs məhkəmədə etiraf edib ki, uşağının üzərinə şam əridərək töküb. Bundan başqa, ona qarşı əxlaqsız hərəkətlər edib. Məhkəmənin hökmü ilə L.Kərimova analıq hüququndan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir