Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz isə 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq rayonlarda duman müşahidə oluna bilər.
Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 34-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

