Supermodel Cici Hadid və Hollivud ulduzu Bredli Kuperin gizli nişanlandıqları, hətta evləndikləri barədə yayılan iddialar yenidən gündəmə gəlib.
Cütlük Parisdə paparatsilər tərəfindən əl-ələ görüntülənib. Fotolarda hər ikisinin sol əlin üzük barmağında eyni üslubda nazik üzüklərin olması diqqət çəkib. Məlumata görə, bundan cəmi iki gün əvvəl Bredli Kuper idman zalına tək gedərkən barmağında həmin üzük olmayıb.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Cici Hadid və Bredli Kuper 2023-cü ildən münasibətdədir. Onlar şəxsi həyatlarını mümkün qədər mediadan uzaq saxlamağa çalışsalar da, son aylarda birlikdə bir sıra ictimai tədbirlərdə iştirak ediblər. Cütlük ötən ay da Teylor Svift və Trevis Kelsinin toyunda birlikdə görüntülənmişdi.
Bəzi nəşrlər Parisdəki görüntülərin cütlüyün gizli nikaha və ya nişana işarə ola biləcəyini yazsa da, nə Cici Hadid, nə də Bredli Kuper bu iddiaları təsdiqləyib və ya təkzib edib. Hazırda onların rəsmi nikah bağlamasına dair təsdiqlənmiş məlumat yoxdur.

