Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib

Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib

Avqustun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Görüşlərdə Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir