Gəncədə 43 yaşlı kişi bıçaqlanaraq öldürüldü – Şübhəli saxlanıldı

Gəncədə 43 yaşlı kişi bıçaqlanaraq öldürüldü – Şübhəli saxlanıldı

Gəncədə baş verən bıçaqlanma hadisəsi ölümlə nəticələnib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalara əsasən, hadisə tərəflər arasında söyüş üstündə yaranmış mübahisə zamanı baş verib. Mübahisə zamanı 1983-cü il təvəllüdlü A. Yusifov bıçaq xəsarətləri alaraq həyatını itirib.

Hadisə zamanı daha üç nəfər də yüngül bıçaq xəsarətləri alıb. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qətl şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında baş verib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir