5 yaşlı uşaq  velopised sürərkən traktorun altında qalıb həyatını itirdi

5 yaşlı uşaq  velopised sürərkən traktorun altında qalıb həyatını itirdi

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde-nin əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Rəsullu kəndi ərazisində qeydə alınıb. Belə ki, 5 yaşlı Ö.Xəlilov velosipedlə hərəkətdə olarkən M.Mustafayevin idarə etdiyi traktorun altında qalıb.

Ağır xəsarətlər alan azyaşlı hadisə yerində həyatını itirib.

Məlumata görə, traktoru idarə edən şəxs azyaşlının dayısı olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

mənbə:Azərtac

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir