Bakının Səbail rayonunda yerləşən tarixi binada yanğın baş verib.
Hadisə Nigar Rəfibəyli küçəsi 26A–26G ünvanında yerləşən, 1893–1899-cu illərdə inşa edilmiş və dövlət tərəfindən mühafizə olunan yerli əhəmiyyətli memarlıq abidəsində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri və xüsusi texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
İlkin məlumata görə, alov binanın birinci mərtəbəsində fəaliyyət göstərən restorandan başlayıb. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Yanğının başvermə səbəbi, eləcə də xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

