Tərtərdə ər-arvadın dəhşətli qətlinin təfərrüatı: evə oğurluğa girən şəxs tutuldu

Tərtərdə ər-arvadın dəhşətli qətlinin təfərrüatı: evə oğurluğa girən şəxs tutuldu

Tərtərdə ər-arvadın yaşadığı evdə baş verən yanğınla bağlı cinayət işi üzrə şübhəli şəxs müəyyənləşdirilib.

Xəbər verdiyimiz kimi, avqustun 6-na keçən gecə Tərtər rayonunda fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində evdə yaşayan Əsgər Səmədov və onun həyat yoldaşı Adilə Hüseynova həyatını itirib.

Aparılan ibtidai istintaq zamanı hadisənin qətl məqsədilə törədildiyi məlum olub. Araşdırmalar nəticəsində 1987-ci il təvəllüdlü Vüqar Mehman oğlu Baxşəliyevin Əsgər Səmədovun evindən külli miqdarda pul götürdüyü müəyyənləşdirilib.

İstintaqın qənaətinə görə, V.Baxşəliyev oğurluq cinayətinin izlərini aradan qaldırmaq üçün evdə qəsdən yanğın törədib. Yanğın zamanı evdə olan Əsgər Səmədov və Adilə Hüseynovanın qəsdən öldürüldüyü müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6 və 120.2.7-ci maddələri ilə tövsif olunub.

O, prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hadisə zamanı həyatını itirən 1941-ci il təvəllüdlü Əsgər Səmədov və 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın, həmçinin cinayəti törətməkdə şübhəli bilinən Vüqar Baxşəliyevin fotoları təqdim olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir