Argentina millisinin futbolçusu Tyaqo Almada karyerasını ölkəsində davam etdirəcək.
25 yaşlı yarımmüdafiəçi İspaniyanın “Atletiko” klubundan ayrılaraq “River Pleyt”ə transfer olunub. İspaniya mətbuatının yazdığına görə, bu keçid Argentina futbolu tarixində ən bahalı transfer kimi qeydə alınıb.
Məlumata əsasən, transferin ümumi dəyəri 20 milyon avrodan çoxdur. Almadanın “Atletiko”dakı çıxışı uzun çəkməyib. O, ötən il Madrid klubuna keçdikdən sonra bütün turnirlərdə 40 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Almadanın İspaniya klubunda əsas heyətdə stabil yer qazana bilməməsi onun yenidən Cənubi Amerikaya qayıtmasında əsas amillərdən biri olub. Futbolçuya “Flamenqo”nun da maraq göstərdiyi, lakin onun “River Pleyt”i seçdiyi bildirilir.
Qeyd edək ki, Almada 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub. O, karyerasında “Veles Sarsfild”, “Atlanta Yunayted”, “Botafoqo” və “Lion” klublarında da çıxış edib.

