Sumqayıtda yaşayış binasında yanğın: 6 nəfər təxliyə edildi-VİDEO

Sumqayıtda yaşayış binasında yanğın: 6 nəfər təxliyə edildi-VİDEO

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə şəhərin 34-cü məhəlləsində yerləşən beşmərtəbəli binada qeydə alınıb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Yanğının mənzillərə keçməsinin qarşısı alındı

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Yanğının binanın pilləkən qəfəsində yerləşən elektrik lövhəsində başladığı müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və onun mənzillərə yayılmasına imkan verilməyib.

İki uşaq da olmaqla 6 sakin təxliyə edildi

Hadisə zamanı 2 poqonmetr elektrik kabeli və 6 elektrik sayğacı yanıb.

Təhlükəsizlik məqsədilə binadan 2-si azyaşlı olmaqla, ümumilikdə 6 sakin təxliyə edilib.

Yanğın nəticəsində yaşayış binası və mənzillər alovdan qorunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir