Avqustun 10-da Bakı və Abşeron yarımadası ilə yanaşı, bir sıra rayonlarda güclü külək əsəcəyi gözlənilir.
Xəbər yerində xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlıq çərçivəsində Bakı və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusar ərazilərində şimal-qərb istiqamətli külək əsəcək.
Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.
Sarı xəbərdarlıq hava şəraitinin bəzi sahələrdə fəsadlar yarada biləcəyinə dair diqqətli olmağın vacibliyini bildirir.

