Türkiyənin tanınmış aktrisalarından Alina Boz ana olmağa hazırlaşır. Aktrisa həyat yoldaşı Umut Evirgenlə ilk övladlarının cinsiyyətini də açıqlayıb.
Xəbər yerində xəbər verir ki, cütlük sosial şəbəkədə paylaşdıqları görüntülərlə körpələrinin qız olacağını elan edib. Paylaşım qısa müddətdə sosial mediada böyük maraq doğurub.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Alina Boz və Umut Evirgen bu xoş xəbəri yaxınları və izləyiciləri ilə bölüşüb. Cütlüyün qız övladı gözləməsi ilə bağlı paylaşımı onların pərəstişkarları tərəfindən çoxsaylı təbriklərlə qarşılanıb.
Qeyd edək ki, Alina Boz və rejissor Umut Evirgen 2023-cü ildə İstanbulda keçirilən mərasimlə ailə qurublar. Cütlüyün münasibətləri də evliliklərindən əvvəl uzun müddət Türkiyə mediasının diqqətində olub.
Hazırda aktrisanın hamiləliyinin neçə aylıq olduğu və körpənin dəqiq doğum tarixi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

