Keçmiş gəlinindən şikayət: Mətanət İsgəndərlinin yeni gəlini ilə bağlı araşdırma aparılacaq

Keçmiş gəlinindən şikayət: Mətanət İsgəndərlinin yeni gəlini ilə bağlı araşdırma aparılacaq

Əməkdar artist Mətanət İsgəndərlinin ailəsi ilə bağlı yeni hüquqi məsələ gündəmə gəlib. Onun gəlini Aysel Məmmədova ilə bağlı araşdırma aparılması qərara alınıb.

Xeber yerinde Xitab24-ə istinadən xəbər verir ki, məsələyə səbəb müğənni Canananın Aysel Məmmədovadan şikayət etməsi olub.

Canana “TikTok” platformasında canlı yayım zamanı təhqirə məruz qaldığını iddia edərək Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib. Şikayətçi ona qarşı təhqiramiz ifadələr işlədəkn şəxsin kimliyini bildiyini və həmin şəxsin keçmiş həyat yoldaşının hazırkı həyat yoldaşı Aysel Məmmədova olduğunu deyib.

Canananın iddiasına görə, Aysel Məmmədova onu sosial şəbəkələrdə həm müxtəlif profillərdən, həm də öz adına açılmış hesabdan təhqir edib.

Aysel Məmmədova isə bu ittihamları qəbul etməyib. O, Yasamal Rayon Prokurorluğuna verdiyi izahatda sözügedən “TikTok” hesablarının ona məxsus olmadığını və həmin profilləri daha əvvəl görmədiyini bildirib. Məmmədova, həmçinin “TikTok” istifadəçisi olmadığını qeyd edib.

Tərəflərin ifadələri arasında fərqli mövqelərin olması səbəbindən məsələ ilə bağlı hüquqi araşdırmanın davam etdirilməsi zərurəti yaranıb.

Məhkəmənin qərarı ilə iş yenidən Yasamal Rayon Prokurorluğuna göndərilib. Bundan sonra tərəflərin təqdim etdiyi məlumatlar araşdırılacaq və nəticəyə uyğun hüquqi qərar qəbul ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir