Mingəçevirdə Kür çayında bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Hazırda 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən ərazilərdə axtarışlar aparılır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

